İsrailin aviazərbələri nəticəsində daha 25 nəfər həlak olub
Tarix: 16-01-2024 10:26 | Bölmə: Dünya
İsrailin aviazərbələri nəticəsində daha 25 nəfər həlak olub

Bazar ertəsindən çərşənbə axşamına keçən gecə İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 25 nəfər həlak olub.

Reyting.az
Fələstinin WAFA xəbər agentliyinə istinadla bildirir ki, İsrail hava qüvvələrinin Rəfahın şimalında yaşayış binasına endirdiyi zərbə nəticəsində 11 nəfər həlak olub. Xan Yunis şəhərində mülki müdafiə qərargahının yaxınlığındakı obyektin bombalanması nəticəsində isə daha 8 nəfər ölüb, onlarla insan yaralanıb.

Əl-Bureyc qaçqın düşərgəsi və Qəzza şəhərindəki Tel əl-Hava bölgəsi də hava hücumlarına məruz qalıb, 6 nəfər həlak olub.

Agentlik bildirir ki, 2023-cü il oktyabrın 7-də münaqişənin kəskinləşməsi başlayandan Qəzza zolağında ölənlərin sayı 24 mini keçib, 60 mindən çox yaralı var. Daha 8 min nəfər itkin düşmüş hesab olunur.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}