Serbiyada zavodda partlayış olub, ölən və yaralılar var
Tarix: 16-01-2024 16:37 | Bölmə: Dünya
Serbiyada zavodda partlayış olub, ölən və yaralılar var

Serbiyada Kruşevaç şəhərindəki Traial zavodunda partlayış baş verib, nəticədə bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Reyting.a
z RTS-ə istinadla bildirir ki, partlayış yanvarın 16-da səhər saat 9 radələrində sexlərdən birində istehsalat zamanı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.
Partlayışdan sonra başlayan yanğın lokallaşdırılıb.

Yerli sakinlər pəncərə və qapıları silkələyən çox güclü partlayışın baş verdiyini bildiriblər.

Zavod rəhbərliyi hələlik hadisə ilə bağlı açıqlama verməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}