Bişkekdə hərbi helikopter qəzaya uğrayıb
Tarix: 17-01-2024 11:26 | Bölmə: Dünya
Bişkekdə hərbi helikopter qəzaya uğrayıb

Qırğızıstanın Bişkek şəhərində “Mi-8” hərbi helikopteri qəzaya uğrayıb və nəticədə bir nəfər həlak olub.

Reyting.az
xəbər verir ki, bu barədə "Kabar" agentliyi məlumat yayıb.

Agentlik "Qırğızıstanaeronaviqasiya"nın məlumatından sitat da gətirib:

"Yerli vaxtla saat 10:55-də “Mi-8” hərbi helikopteri Frunze-1 aviabazasında qəzaya uğrayıb".

Agentliyin məlumatına görə, helikopter Qırğızıstanın Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsusdur. Müdafiə Nazirliyi helikopterin “məşq uçuşları zamanı məcburi sərt eniş etdiyini və xəsarət alanların olduğunu” təsdiqləyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}