Rostovdakı zavodda yanğın baş verib
Tarix: 17-01-2024 17:21 | Bölmə: Dünya
Rostovdakı zavodda yanğın baş verib

Rostov vilayətinin Şaxtı şəhərində poliester lif istehsalı zavodunda yanğın baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, saat 11:30-da yanğınsöndürənlərə Şaxtı şəhərinin Gidroprivod kəndində yerləşən “Avanqard” zavodunun döşək və yastıq üçün içlik istehsalı sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Ölən və yaralananlar barədə məlumat verilmir. Binadan qatı tüstü qalxır, zavodun üzərində uzun ağ izlər görünür.

Dövlət Dumasının Rostov vilayətindən olan deputatı Yekaterina Stenyakinanın sözlərinə görə, iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri yanğından əvvəl partlayış səslərinin eşitdiyini bildiriblər.

Hadisənin yanğın və ya dron hücumu nəticəsində baş verdiyi barədə dəqiq məlumat yoxdur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}