20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Serb liderin məhkəməsi yenə təxirə salınıb
Tarix: 17-01-2024 19:09 | Bölmə: Dünya
Serb liderin məhkəməsi yenə təxirə salınıb

Bosniya serblərinin lideri Milorad Dodik Bosniya və Herseqovinanı məhkəməyə verəcək.

Reyting.az
-ın xəbərinə görə, Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikası (RS) Prezidenti Milorad Dodik ona qarşı açılan iddianı qəbul etmədiyini, Bosniya və Herseqovinanı məhkəməyə verəcəyini bildirib.

Dodik Ali Nümayəndəlik Ofisinin qərarlarına hörmət etmədiyi səbəbiylə barəsində açılan iddia çərçivəsində Sarayevodakı məhkəmə binasına 4-cü dəfə gəlməli olub. Amma Bosniya və Herseqovinanın (OHR) hakim dəyişikliyi səbəbindən müdafiə vəkillərinin tələbi ilə məhkəmə bir daha baş tutmayıb.

Qeyd edək ki, məhkəmə prosesi ard-arda 4 dəfə təxirə salınıb. Dodik isə məhkəmədən kənarda verdiyi açıqlamalarda separatçı ritorikasını davam etdirib. Dodik deyib ki, davamlı olaraq təxirə salınan proses gülüncdür: “Bir daha gördük ki, məhkəmə təlimatla hərəkət edib. Bunlar hamısı siyasi proseslərdir”.

Xatırladaq ki, Dodikə 5 ilə qədər həbs cəzası istənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər