Xersonda 150 ukraynalı əsgər həbs edilib
Tarix: 18-01-2024 12:48 | Bölmə: Dünya
Xersonda 150 ukraynalı əsgər həbs edilib

Kiyevin nəzarətində olan Xerson şəhərində 150-yə yaxın ukraynalı əsgər Dnepr çayının sol sahilində yerləşən Krınkiyə keçməkdən imtina etdikləri üçün həbs olunublar.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, bu barədə vilayət qubernatoru Vladimir Saldo məlumat verib.

Saldo teleqram kanalında yazıb:

“İşğal edilmiş Xersonda Kiyev rejiminin səlahiyyətliləri Krınkiyə aparılmaqdan imtina edən yüzəlli əsgəri həbs edərək istintaq təcridxanasına yerləşdiriblər”.

Qubernator iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin Krınkidə həftəlik itkiləri orta hesabla 200 nəfərdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər