NATO: Ukrayna Vaşinqtonda Alyansa dəvət almaya bilər
Tarix: 18-01-2024 13:19 | Bölmə: Dünya
NATO: Ukrayna Vaşinqtonda Alyansa dəvət almaya bilər

NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge etiraf edib ki, Alyans üzvləri Ukraynanı bu yay Vaşinqtonda keçiriləcək sammitə qoşulmağa dəvət edə bilməzlər.

Reyting.az
xəbər verir ki, B. Ruge bu barədə LRT-yə müsahibəsində bildirib.

“Şübhə yoxdur ki, Ukrayna NATO üzvlüyünə doğru irəliləyir, lakin növbəti addımın prezident Zelenskinin təklif etdiyi kimi olub-olmayacağını söyləmək hələ tezdir”, - Ruge üzvlüyə potensial dəvətə toxunaraq deyib.

Ukraynanın dəvət olunmayacağı ilə bağlı suala o, “Dəqiq belədir”,- deyə cavab verib.

Xatırladaq ki, iyul ayında Vilnüsdə keçirilən sammitdə Alyans Ukraynaya üzvlük dəvətini verməkdən imtina etmişdi. Sammitdə həmçinin qərara alınıb ki, dəvət almaq üçün Ukrayna İllik Milli Proqramın tələblərini yerinə yetirməlidir.

Noyabrın sonunda Ukrayna-NATO Şurasının iclasında Ukrayna Alyansın tələblərinə uyğun olaraq gələcək islahatlar üçün uyğunlaşdırılmış İllik Milli Proqramı təqdim edib. Məhz bu əsasda NATO üzvləri Kiyevin üzvlük yolunda irəliləyişini qiymətləndirəcəklər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}