Avropa İttifaqının 100 milyard avroya ehtiyacı var
Tarix: 18-01-2024 15:58 | Bölmə: Dünya
Avropa İttifaqının 100 milyard avroya ehtiyacı var

Avropa İttifaqı (Aİ) müdafiə sənayesinin gücünü artırmalıdır ki, bu da təxminən 100 milyard avro tələb edir.

Reyting.az
xəbər verir ki, bu barədə Avropanın daxili bazar üzrə komissarı Terri Breton “Public Senat” telekanalında bildirib.

T. Breton deyib ki, 100 milyard avro ayırmaqla Aİ-nin müdafiə sənayesi potensialı artırmalıdır. Onun sözlərinə görə, Aİ-yə üzv ölkələr razılaşarsa, bunun üçün vəsait tapılacaq.

Breton Aİ-nin bunun üçün hansı tədbirləri görməli olduğunu dəqiq açıqlamayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}