20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Kallas Aİ-nin xarici əlaqələr üzrə ali nümayəndəsi ola bilər
Tarix: 18-01-2024 18:44 | Bölmə: Dünya
Kallas Aİ-nin xarici əlaqələr üzrə ali nümayəndəsi ola bilər
Kaja Kallas

Avropa Parlamentinə seçkilərdən sonra Estoniyanın baş naziri Kaja Kallas Josef Borrelin yerinə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ola bilər.

Reyting.az
“Politico” nəşrinə istinadla xəbər verir ki, hazırda xanım Kaja Kallas bu posta ən layiqli namizəd sayılır.

“Ursula fon der Leyen Avropa Komissiyasının rəhbəri, Roberta Metsola Avropa Parlamentinin sədri, Danimarkanın baş naziri Mette Fredriksen Avropa Şurasının yeni prezidenti olacaq. Kaja Kallas isə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi postunda Josep Borrelli əvəzləyəcək”,- qeyd edilib.

Kallasın Avropa diplomatiyasının rəhbəri təyin edilməsində mühüm rolu hazırda Aİ-nin ən yüksək vəzifələrində Şərqi Avropa təmsilçilərinin olmaması da oynaya bilər. Ukraynadakı münaqişə fonunda Şərqi Avropa ölkələri hesab edir ki, region Aİ-də bəzi aparıcı mövqelər qazanmalıdır.

Avropa Parlamentinə seçkilər 2024-cü il iyunun 6-dan 9-dək Aİ-nin bütün ölkələrində keçiriləcək. Avropa Komissiyasının yeni tərkibi isə noyabrda işə başlayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər