Türkiyədə daha 5 İŞİD və bir PKK üzvü həbs edilib
Tarix: 19-01-2024 10:39 | Bölmə: Dünya
Türkiyədə daha 5 İŞİD və bir PKK üzvü həbs edilib

Türkiyədə terror qruplarının üzvlərinə qarşı fasiləsiz əməliyyatlar davam edir.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün səhər Mersində keçirilən əməliyyatla 5 İŞİD, 1 PKK üzvü qandallanıb.

Məlumata görə, Mersin polisinin Terrorla Mübarizə Təşkilatı tərəfindən həyata keçirilən əməliyyata 152 polis əməkdaşı, o cümlədən xüsusi təyinatlı qüvvələr qatılıb:

"Saxlanılan şübhəlilərin evlərində axtarış zamnaı 21 min 500 Suriya lirəsi, 800 avro, 23 min 100 dollar və terror təşkilatlarına aid çoxlu materiallar ələ keçirilib".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}