20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynaya ordusunun böyük məbləğdə vəsaitini mənimsəyiblər
Tarix: 19-01-2024 15:01 | Bölmə: Dünya
Ukraynaya ordusunun böyük məbləğdə vəsaitini mənimsəyiblər

Şirkətləri dövlətə 1,2 milyard qrivna zərər vuran lvovlu iş adamı İqor Qrinkeviçin oğlu Roman Qrinkeviç axtarışa verilib.

Reyting.az
-ın xəbərinə görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBİ) rəsmisi Tatyana Sapyan bəyan edib.

“Dünən cinayətkar qrup üzvlərinin, o cümlədən lvovlu iş adamının qohumunun tapılaraq saxlanılması üçün bir sıra təxirəsalınmaz axtarışlar aparılıb, təəssüf ki, o, hələ də tapılmayıb. Lakin onun dələduzluq və cinayətkar qruplaşmada iştirakda şübhəli bilindiyi açıqlanıb. Onun harada olduğunu bilirsinizsə, hüquq-mühafizə orqanlarına məlumat verin. O, rəsmi olaraq sərhədi keçməyib”,- Sapyan bildirib.

Qeyd edək ki, Lvov şəhərindən olan iş adamı İqor Qrinkeviç 2023-cü il dekabrın sonunda Dövlət İstintaq Bürosunun istintaq şöbəsinin rəhbərlərindən birinə rüşvət verməyə cəhd etdiyi üçün saxlanılıb - o, şirkətlərin əmlakına həbs qoyulmasının aradan qaldırılması üçün 500 min dollar təklif edib. 30 dekabr 2023-cü ildə İqor Qrinkeviç 429 milyon 440 min qrivna məbləğində girov imkanı ilə həbs şəklində həbs qətimkan tədbiri seçilib. SBI-nın məlumatına görə, Qrinkeviçin şirkətləri Müdafiə Nazirliyinə 1,5 milyard qrivnadan çox dəyərində geyim tədarükü üçün 23 tenderdə qalib gəlib. Lakin bir çox müqavilələr yerinə yetirilməyib, bəziləri isə yarımçıq və ya şişirdilmiş qiymətlərlə olub. İlkin hesablamalara görə, itkilərin məbləği 1,2 milyard qrivnadır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər