Böyük Britaniya lazer silahını sınaqdan keçirib
Tarix: 19-01-2024 18:16 | Bölmə: Dünya
Böyük Britaniya lazer silahını sınaqdan keçirib

Böyük Britaniya uzaqmənzilli lazer silahı - DragonFire-nin yeni sınaqlarını uğurla həyata keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Hebrid adalarındakı raket poliqonunda DragonFire lazer yönümlü enerji silahı Böyük Britaniyanın hava hədəflərinə qarşı uğurla sınaqdan keçib.

Qeyd olunur ki, müxtəlif mövqelərdən gələn sistem bir neçə kilometr məsafədə yaxınlaşan dronları məhv edib.

Silah kompleks görmə sahəsindəki hədəfləri vurmaq üçün nəzərdə tutulub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}