“Boeing 747” hava limanından qalxdıqdan qısa müddət sonra alovlanıb - Foto
Tarix: 19-01-2024 18:50 | Bölmə: Dünya
“Boeing 747” hava limanından qalxdıqdan qısa müddət sonra alovlanıb

“Boeing 747” təyyarəsi Mayami Beynəlxalq Hava Limanından qalxdıqdan qısa müddət sonra alışıb.

Reyting.az
“Daily Mail”-ə istinadla bildirir ki, təyyarənin mühərriki sıradan çıxıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə “Atlas Air” təyyarəsinin quyruğundan qığılcımlar çıxır.

“Bild” nəşrinin məlumatında isə təyyarənin hava limanından saat 22:32-də qalxdığı, 22:46-da təcili eniş etdiyi bildirilir.

İlkin məlumatlara görə, təyyarə uğurla enib və xəsarət alan olmayıb.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}