20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İstintaq Komitəsi: “İl-76” Ukraynadan zenit raketi ilə vurulub
Tarix: 25-01-2024 22:51 | Bölmə: Dünya
İstintaq Komitəsi: “İl-76” Ukraynadan zenit raketi ilə vurulub

Ukraynalı əsirləri mübadilə üçün daşıyan “İl-76” təyyarəsinin qəzaya uğradığı əraziyə baxış zamanı məlum olub ki, təyyarə Ukraynadan zenit raketi ilə hücuma məruz qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, istintaq hərəkətləri və hadisə yerinə baxışın ilkin nəticələri belə qənaətə gəlməyə imkan verir ki, təyyarəyə Ukrayna ərazisindən zenit raketi ilə hücum olub.

Xatırladaq ki, yanvarın 24-də Belqorod vilayəti üzərində qəzaya uğrayan Rusiyaya məxsus “İl-76” hərbi-nəqliyyat təyyarəsində 74 nəfər, o cümlədən 65 ukraynalı əsgər olub və onların hamısı həlak olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər