20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İraqda dron hücumları davam edir - Foto
Tarix: 26-01-2024 09:51 | Bölmə: Dünya
İraqda dron hücumları davam edir

İraqın Süleymaniyyə şəhərindəki Kormor Qaz Qurğusuna (KQQ) bomba yüklü pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Reyting.az
xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji şirkəti “Dana Gas” tərəfindən idarə olunan İraqdakı Kormor Qaz Mexanizminə PUA hücumunun kim tərəfindən edildiyi hələlik məlum deyil.

İraq Kürd Regional Rəhbərliyi hücumla bağlı rəsmi açıqlama verməyib.



Digər tərəfdən, regional rəhbərlik Ərbil Beynəlxalq Hava Limanı yaxınlığındakı koalisiya bazasını hədəf alan qeyri-qanuni milislər tərəfindən göndərilən bomba yüklü dronların vurdulduğunu açılqayıb.

Qeyd edək ki, Kormor Qaz Təsisatı 2022-ci ilin iyun ayında həftədə üç dəfə hücuma məruz qalıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər