Kilsəyə hücum: bir nömrəli ölüm dəstəsi İstanbuldadır - Foto
Tarix: 29-01-2024 14:39 | Bölmə: Dünya
Kilsəyə hücum: bir nömrəli ölüm dəstəsi İstanbuldadır

Bazar günü İstanbulun Sarıyer bölgəsindəki Santa Maria İtalyan Kilsəsinə iki maskalı şəxs silahlı hücum edib. 52 yaşlı Tuncer Cihan hücumda həyatını itirib. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb və 2-si qətldə şübhəli olmaqla 51 nəfər saxlanılıb.

Reyting.az
xəbər verir ki, CNN kanalının İstanbul rəhbəri, analitik Nihat Uludağ hücumun təfərrüatlarını açıqlayıb.

“Şübhəliləri təqib etdiyimiz zaman məlum oldu ki, onlar İŞİD-in birinci dərəcəli ölüm dəstəsidir. Çox sakitdirlər və özlərini mükəmməl şəkildə kamuflyaj edirlər. Onlar diqqəti çox çəkirlər. Ayaqlarındakı idman ayaqqabıları qaçış və bir anda yox olma üçün uyğundur. Qara paltarları ilə daşıdıqları silahları kamuflyaj etməyi bacarırlar. Bu, əslində hərəkətdən sonra şəxsiyyəti müəyyən etməyi çətinləşdirmək üçün eynək, papaq və maska taxmış xüsusi ölüm dəstəsidir. Onlar sui-qəsdə başlayan an tanınmamaq üçün maskalar taxırlar”,- Uludağ bildirib.

Analitik qeyd edib ki, terrorçular böyük bir sınaqdan keçirlər: “Onlar Santa Maria kilsəsinə girərək bir nəfəri hədəfə alıb. Əvvəlcə onu döyüb, sonra öldürüblər. Kilsə içərisində belə bir edamın həyata keçirilməsi dünyaya göndəriləcək bir mesajdır və onlar bunu çatdırdılar. Geyimləri, görüntüləri, sui-qəsd onların vermək istədikləri mesaja tam uyğundur”.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç dünən İstanbulun Sarıyer səmtindəki Santa Maria kilsəsində ayin zamanı silahlı hücum nəticəsində bir nəfərin ölməsi ilə bağlı deyib ki, ciddi tədbirlər görülür, istintaq geniş və hərtərəfli aparılır.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}