Dəməşqdə şiddətli partlayışlar başlayıb
Tarix: 29-01-2024 15:42 | Bölmə: Dünya
Dəməşqdə şiddətli partlayışlar başlayıb

İordaniya-Suriya sərhədində ABŞ hərbi bazasının hədəfə alınmasına paralel olaraq Suriyanın paytaxtı Dəməşqdə Seyyidə Zeynəb türbəsi yaxınlığında şiddətli partlayışlar baş verir.

Reyting.az
-ın xəbərinə görə, Dəməşqdə Seyyidə Zeynəbin məqbərəsi yaxınlığında ardıcıl şiddətli partlayışların olduğu bildirilir.

Suriya mətbuatına danışan şahidlər bölgədə İran İnqilab Keşikçiləri Korpusuna aid bir nöqtənin hədəf alındığını deyiblər. Bildirilir ki, İsrail bir müddətdir Suriyada İrana qoşulan qüvvələrə qarşı hücumlar həyata keçirir.

Qeyd edək ki, dünən İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına hücum bölgədə gərginliyi artırıb və ABŞ buna görə İranı ittihamn edib. Rəsmi Tehran isə bu hücumda İranın əli olmadığını bildirib. İndi Dəməşqdə baş verən partlayışların ABŞ-ın, yoxsa İsrailin fəaliyyəti olduğu məlum deyil. Ehtimal olunur ki, Pentaqon dünənki hücuma görə, Suriyada İrana bağlı qüvvələrə və ya İran hərbçilərinin olduğu nöqtəyə zərbələr endirir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}