20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Britaniya Rusiyaya qarşı vuruşacaq döyüşçülər hazırlayır
Tarix: 29-01-2024 16:20 | Bölmə: Dünya
Britaniya Rusiyaya qarşı vuruşacaq döyüşçülər hazırlayır

“Ukraynalı dənizçilər xaricdə təlim keçirlər və NATO ölkələrinin texnikasını mənimsəyirlər”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk bildirib.

Onun sözlərinə görə, ukraynalı hərbçilərin müasir avadanlıqların sirlərini mənimsəməsi qısa zamanda baş verən proses deyil - kadrlar hazırlanmalı, onlar fəaliyyət göstərdikləri sahə üzrə müvafiq fərdi təlimdən keçməli, sonra isə qrup hazırlığı olmalıdır.

D. Pletençuk əlavə edib ki, əgər bir tankda 3-4 nəfər olursa, bir gəmi yüzlərlə insan olur. Buna görə də onlara yeni silah növünü mənimsəmək, ikincisi, komanda kimi işə başlamaq üçün daha çox vaxt lazımdır.

Hərbçi qeyd edib ki, bu gün artıq xaricdə təlim keçən ukraynalı dənizçilər, xüsusən də Böyük Britaniyaya məxsus gəmilərdə xidmət edən ekipajlar şəraitə uyğunlaşırlar:

“Unutmamalıyıq ki, NATO gəmilərində xidmət bizim adət etdiyimiz kimi deyil, fərqli təşkil olunur. NATO ölkələrində donanmaya yeni bir bölmə daxil olduqda, gəmiyə minən ekipaj ən azı bir il döyüşsüz xidmət etməlidir”.

Pletençuk bildirib ki, Böyük Britaniya ukraynalı dənizçilərin hazırlanması ilə məşğuldur. Eyni zamanda Ukrayna Hərbi Dəniz Qüvvələrinin qulluqçuları bir çox Avropa ölkələrində təhsil alırlar:

“Donanma təkcə dənizçilər deyil, həm də dəniz piyadaları, müxtəlif mütəxəssislərdir. Onlar bir sıra Avropa ölkələrində təhsil alırlar”.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapa Ukraynanın Qara dənizdə yeni gəmiləri “məmnuniyyətlə qəbul edəcəyini” bildirib. Söhbət Böyük Britaniyanın onlara xidmət göstərəcək dənizçilərin çatışmazlığı səbəbindən istismardan çıxarmaq məcburiyyətində qaldığı “HMS Argyll” və “HMS Westminster” hərbi freqatlarından gedir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər