Pxenyan yenə qanadlı raketlər buraxıb
Tarix: 30-01-2024 08:17 | Bölmə: Dünya
Pxenyan yenə qanadlı raketlər buraxıb

KXDR qərb sahilindən növbəti sınaq atışları həyata keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın hərbi mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, yerli vaxtla saat 02:00 radələrində KXDR özünün qərb sahillərindən dəniz istiqamətində bir neçə qanadlı raket buraxıb.

Raketlərin dəqiq sayı bilinmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}