Lavrov: "Qərbin Ukrayna ilə bağlı hazırladığı layihə pozulub"
Tarix: 30-01-2024 12:52 | Bölmə: Dünya
Lavrov: "Qərbin Ukrayna ilə bağlı hazırladığı layihə pozulub"

"Qərbin Ukrayna ilə bağlı hazırladığı layihə pozulub, bunu özləri də başa düşürlər".

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik nümayəndəliklərin rəhbərləri ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı keçirdiyi dəyirmi masada deyib.

Onun sözlərinə görə, Qərb bunu anlasa da, artıq Ukraynaya dəstək verməkdən imtina edə bilmir: "Ukraynadakı döyüşlərdən sonra Rusiyanın növbəti hədəfinin Baltikyanı ölkələr, İsveç və Finlandiya olmasına dair iddialar absurddur. Qərb artıq iki ildən az müddətdə Ukraynaya 200 milyard dollardan çox vəsait ayırıb”(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}