20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Keçmiş prezidentin oğlu casusluqda şübhəli bilinir
Tarix: 30-01-2024 13:31 | Bölmə: Dünya
Keçmiş prezidentin oğlu casusluqda şübhəli bilinir

Braziliya polisi keçmiş prezident Jair Bolsonaronun oğlu Karlosun qeyri-qanuni siyasi casusluqda iştirakı ilə bağlı araşdırmaya başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “El País” nəşri yazıb.

Məlumata görə, sabiq prezidentin oğlunun evində axtarış aparılıb.

Karlos Bolsonaro Braziliya kəşfiyyat xidmətinin (ABIN) keçmiş rəhbəri, Bolsonaronun prezidentlik dövründə bu təşkilata rəhbərlik etmiş Aleksandr Ramajenlə əlaqədə şübhəli bilinir.

İşdə əsas iddia odur ki, ABIN-nin nəzdindəki Gizli Xidmət təxminən 30.000 insanı izləmək üçün İsrailin First Mile adlı proqramından istifadə edib. Bunlara həm dövlət qulluqçuları, həm də eks-prezidentin siyasi rəqib hesab etdiyi sadə vətəndaşlar daxildir.

Xatırladaq ki, ötən həftə eyni iş çərçivəsində Braziliya Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Ramajenin evində axtarış aparılıb.

Bundan əvvəl Braziliyanın keçmiş rəhbəri Jair Bolsonaronun 2030-cu ilə qədər seçkilərdə iştirakına qadağa qoyulduğu bildirilib. Sabiq prezident ABŞ-da üç ay qaldıqdan sonra mart ayında Braziliyaya qayıdıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər