Almaniyada həkimlər etiraz aksiyası keçirir
Tarix: 30-01-2024 13:48 | Bölmə: Dünya
Almaniyada həkimlər etiraz aksiyası keçirir

Almaniyada 23 dövlət universiteti xəstəxanasının həkimləri çərşənbə axşamı tətilə çıxıblar.

Reyting.az
xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Almaniyanın şimalındakı Hannover şəhərində bir neçə min həkim maaşların artırılmasını və uzun iş saatları ilə nəticələnən növbəli əmək fəaliyyətinə məhdudiyyət qoyulmasını tələb edir.

Marburger Bund həkimlərin həmkarlar ittifaqı Almaniyanın 16 ştatı tərəfindən maliyyələşdirilən universitet xəstəxanalarında 20,000-dən çox həkimin maaşının 12,5 faiz artırılmasını, həmçinin müntəzəm gecə, həftə sonu və bayram növbələri üçün daha yüksək bonuslar tələb edir.

Həmkarlar ittifaqının lideri Andreas Botzların sözlərinə görə, federal ştatlar universitet xəstəxanalarının həm əmək haqqı, həm də iş şəraitində getdikcə daha çox geriləməsi faktını etiraf etmək istəmir.

O, digər səhiyyə ocaqları ilə müqayisədə bu müəssisələrdə maaşların aşağı və iş saatlarının uzun olmasının kiçik işçiləri işə götürməyi çətinləşdirdiyindən şikayətlənib.

Həmkarlar ittifaqı bildirib ki, tətil xəstələrə təcili yardımın göstərilməsinə təsir göstərməyəcək, çünki klinika rəhbərliyi qanuni olaraq təcili tibbi yardım göstərmək üçün işçilərin mövcudluğunu təmin etməyə borcludur, lakin müəssisələrin işi pozula bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}