Şoyqu “Kalibr” və “İskəndər” raketlərinin istehsalını yoxlayıb
Tarix: 30-01-2024 16:37 | Bölmə: Dünya
Şoyqu “Kalibr” və “İskəndər” raketlərinin istehsalını yoxlayıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Kalibr” və “İskəndər” qanadlı raketlərinin istehsal olunduğu “Almaz-Antey” konserninə (Yekaterinburq şəhərindədir-red.) baxış keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Novator” Eksperimental Konstruktor Bürosunun (OKB) baş direktoru Fərid Abdrahmanovun sözlərinə görə, 2023-cü ilin dövlət müdafiə sifarişinə uyğun olaraq artırılmış istehsal planı tam yerinə yetirilib.

Müəssisə rəhbəri müdafiə nazirinə məruzə edib ki, 2024-cü il üçün “Kalibr” dövlət müdafiə sifarişi 17 faiz yerinə yetirilib.

Qeyd edək ki, bundan əvvəl Şoyqu Moskva vilayətində yerləşən Rusiya Müdafiə Nazirliyinin elmi-tədqiqat institutlarının eksperimental bazalarının modernləşdirilməsini yoxlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}