20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa İttifaqı Rusiyanın Afrikada güclənməsindən narahatdır
Tarix: 31-01-2024 13:36 | Bölmə: Dünya
Avropa İttifaqı Rusiyanın Afrikada güclənməsindən narahatdır

Avropa ölkələri Mali, Niger və Burkina-Fasonun Qərbi Afrika Dövlətləri İqtisadi Birliyindən çıxmasından və eyni zamanda Rusiyanın regionda güclənməsindən narahatdırlar.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.

Ali nümayəndə Brüsseldə keçirilən görüşdə deyib ki, hərbi diktaturaya malik bu üç dövlətin başqa bir ölkələr qrupu yaratmaq üçün regional təşkilat olan Qərbi Afrika Dövlətləri İqtisadi Birliyindən ayrılmağa qərar verməsi çox vacib məsələdir. “İnanıram ki, o, əsasən Mali ilə, ən güclü dövlətlə bağlı olacaq. Eyni zamanda, biz Malidə artıq çox güclü olan və gələcəkdə Niger və Burkina-Fasoda artacağı ehtimal olunan Rusiya təsirinin yüksəldiyini görürük. Bu, regionda yeni geosiyasi konfiqurasiya yaradır”, - deyə Borrel əlavə edib.

Avropa diplomatiyasının rəhbəri deyib ki, mayın 24-də Aİ missiyasının Malidəki mövcudluğu başa çatır. Bu tarixdən sonra Avropa ölkədəki missiyanın mümkün uzadılmasını müzakirə edəcək.

Qeyd edək ki, bundan əvvəl qitənin beş ölkəsində “Vaqner” PMC-nin keçmiş döyüşçüləri üçün “Afrika Korpusu”nun yaradılacağı bildirilmişdi. Bunlara Burkina-Faso, Liviya, Mali, Mərkəzi Afrika Respublikası və Niger daxildir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər