Podolyak: "Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi"
Tarix: 02-02-2024 15:22 | Bölmə: Dünya
Podolyak: "Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi"

"Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi".

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, ona görə də müəyyən problemlər olub: “Bəli, müəyyən taktiki səhvlər olub, hərbi və siyasi rəhbərlik bu barədə danışır”.

M.Podolyak Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla həmfikir olduğunu diqqətə çatdırıb: “Ukrayna qalib gəlmək üçün yalnız müdafiə ilə kifayətlənə bilməz. Konkret strategiya olmalıdır”.

Prezident Ofisinin müşavirinin sözlərinə görə, rəsmi Kiyev fəal hücuma keçməlidir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}