Qəzzada öldürülənlərin sayı 27 mini ötüb
Tarix: 02-02-2024 17:14 | Bölmə: Dünya
Qəzzada öldürülənlərin sayı 27 mini ötüb

Qəzzada öldürülənlərin sayı 27 mini keçib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bunu Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra deyib.

O bildirib ki, İsrailin hücumları nəticəsində son 24 saatda Qəzza zolağında daha 112 fələstinli öldürülüb, 148 nəfər yaralanıb: "Bununla da oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 27 min 131-ə, yaralı sayı isə 66 min 287-yə yüksəlib".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}