20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Volqoqraddakı neft emalı zavodu yanır
Tarix: 03-02-2024 15:45 | Bölmə: Dünya
Volqoqraddakı neft emalı zavodu yanır

Rusiyanın Volqoqrad ərazisindəki ən böyük neft emalı zavodlarından birində başlayan yanğın Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələrinin uğurlu hücumu nəticəsində baş verib.

Reyting.az
Ukrayna mediasına istinadla bildirir ki, iki kamikadze dron neftin ilkin emalı qurğusuna dəyib və bu qurğular olmadan zavod istehsal gücünün əhəmiyyətli hissəsini itirəcək.

“Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Ukraynada müharibə aparmaq üçün istifadə etdiyi infrastrukturu sistemli şəkildə məhv etməyə davam edir. Rusiya hərbi-sənaye kompleksi üçün işləyən neft emalı zavodlarına zərbələr endirməklə biz nəinki düşmən texnikası üçün yanacaq tədarükünün logistikasını kəsdik, həm də emalı azaltdıq. Rusiya neft emalı zavodlarında belə tədbirlər davam edəcək”, - deyə mənbə bildirib.

Qeyd olunur ki, Rusiya hərbi sənaye kompleksi üçün işləyən neft emalı zavodlarını vurmaqla Ukrayna tərəfi düşmən texnikası üçün yanacaq təchizatının logistikasını kəsməklə yanaşı, Rusiya Federasiyasının büdcəsinin doldurulmasını da azaldır.

Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Rusiyanın Ust-Luqa kəndində dəniz terminalına hücum edilib, bu hücum, mətbuatın yazdığına görə, Ukrayna tərəfinin xüsusi əməliyyatı olub. Həmçinin yanvarın sonunda Tuapsedəki neft emalı zavoduna da hücum edilib. Məlumata görə, bu hücumlar Rusiyanın neft məhsullarının ixracını demək olar ki, üçdə bir azaldıb.

Bu gecə isə pilotsuz uçuş aparatları Rusiyanın iki regionuna - Belqorod və Volqoqrada hücum edib. Zərbədən sonra xüsusilə “Lukoyl-Volqoqradneftepererabotka” neft emalı zavodunda yanğın başlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər