Çilidəki meşə yanğınları nəticəsində çoxsaylı insan ölüb - Yenilənib
Tarix: 05-02-2024 07:20 | Bölmə: Dünya
Çilidəki meşə yanğınları nəticəsində çoxsaylı insan ölüb

Çilidə tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

Reyting.az
“NBC News” istinadla xəbər verir ki, bunu ölkə prezidenti Qabriel Boriç şənbə günü axşam deyib.

Onun sözlərinə görə, qurbanların sayı arta bilər.

Daxili işlər naziri Caroline Toja ölkə daxilində 43 min hektardan çox ərazini əhatə edən 92 aktiv yanğının olduğunu deyib. O, əlavə edib ki, artıq 1100-dən çox evə ziyan dəyib.

***

Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb.

Reyting.az
xəbər verir ki, bu barədə bazar günü Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Fevralın 2-də prezident Qabriel Boric yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}