Türkiyədə xaricə bağlı mütəşəkkil cinayətkar qrup çökdürülüb - 18 nəfər saxlanılıb
Tarix: 05-02-2024 10:03 | Bölmə: Dünya
Türkiyədə xaricə bağlı mütəşəkkil cinayətkar qrup çökdürülüb - 18 nəfər saxlanılıb

Türkiyədə Tekirdağ şəhəri başda olmaqla, 7 şəhərdə eyni vaxtda həyata keçirilən “Qəfəs-36” əməliyyatları çərçivəsində fırıldaqçılıq, şantaj, hədə, intiahara cəhd və sair cinayətlərdə ittiham olunan xaricə bağlı mütəşəkkil cinayətkar qrup zərərsizləşdirlib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, aralarında xarici ölkə vətəndaşları da olan şübhəlilər qadın profilləri ilə saxta sosial media hesabları vasitəsilə əsasən kişiləri "tor"a salmaqla məşğul olublar: "Onlar Türkiyə vətəndaşları ilə videozənglərlə əlaqə saxlayıb, nalayiq şəkillərini çəkib və bu görüntülər vasitəsilə onları şantaj edərək, hədələyiblər. Daha sonra onların pulunu, malını ələ keçiriblər".

Nazir deyib ki, saxlanlan 18 nəfər ayrı-ayrı vətəndaşların təxminən 30 milyon lirəsini şantaj və təhdidlə mənimsəyiblər: "Əməliyyatlar zamanı 7-si xarici ölkə vətəndaşı olmaqla, təşkilatın lideri də daxil olmaqla 18 şübhəli yaxalanıb. Əməliyyatlar nəticəsində onlara məxsus 2 avtomobil, 33 mobil telefon, 27 SİM kart, müxtəlif bankların 47 debet kartı, külli miqdarda xarici valyuta və türk lirəsi, eləcə də əcnəbi şəxslərin adına verilmiş saxta sənədləri götürülüb".

Nazir əlavə edib ki, xalqın dincliyini pozanlara qarşı mübarizə davam edəcək.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}