20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Sallivan sualdan yayınır: İran ABŞ raketlərinin hədəfinə çevrilə bilər
Tarix: 05-02-2024 11:10 | Bölmə: Dünya
Sallivan sualdan yayınır: İran ABŞ raketlərinin hədəfinə çevrilə bilər

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan NBC telekanalına müsahibəsində İran ərazisinə zərbələrin endirilməsi ehtimalı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Reyting.az
xəbər verir ki, müsahibə zamanı aparıcı Kristen Uelker Cek Sallivandan ABŞ-ın İran daxilinə zərbə endirmə ehtimalını istisna edib-etmədiyini soruşub.

“Bu gün burada - milli xəbər proqramında oturaraq, hərbi əməliyyatlar baxımından qəbul və istisna etdiklərimizin təfərrüatına varmaq fikrində deyiləm”, - deyən Sallivan daha sonra əlavə edib:

“Deyəcəyim odur ki, prezident xalqımıza qarşı hücumlara qətiyyətlə cavab verməkdə qərarlıdır”.

Aparıcı İran daxilinə zərbələrin müzakirə olunub-onumadığını təkar soruşsa da, Sallivan yenə konkret cavab verməkdən yayınıb.

Aparıcının “yəni bunu istisna etmirsiniz” replikasına Sallivan “mən yenə eyn şeyi söyləyəcəyəm”, - deyib.

“Amerikanın cavabına gəldikdə, nəyin müzakirə olunduğu və nəyin müzakirə olunmadığı barədə təfərrüata varmayacağam”, - deyə Ağ evin nümayəndəsi əlavə edib.

Qeyd edək ki, son üç gündə ABŞ və Böyük Britaniyanın İran daxilinə zərbələr endirə biləcəyinə dair məlumatlar dolaşır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər