Alman ordusu Türkiyənin komandanlıq etdiyi ölkəyə göndərilir
Tarix: 06-02-2024 12:10 | Bölmə: Dünya
Alman ordusu Türkiyənin komandanlıq etdiyi ölkəyə göndərilir

Almaniyanın müdafiə naziri Boris Pistorius Balkan turu çərçivəsində gəldiyi Kosovoda NATO-nun Kosovo Qüvvələrində (KFOR) xidmət edən alman əsgərlərini ziyarət edib.

Reyting.az
xəbər verir ki, Pistorius Kosovoda yaşayan alban və serbləri gərginliyi artırmamağa və dialoqa çağırıb.

Nazir deyib ki, gündəm dialoq və gərginliyin azaldılmasıdır: “Baş nazir çox aydın şəkildə vurğuladı ki, Qərbi Balkanların gələcəyi Avropa Birliyindədir. Bu yol olmalıdır. Belə olan halda, heç kim vəziyyəti daha da pisləşdirməməlidir”.

Nazir Pistorius Kosovo prezidenti Vyosa Osmani ilə keçirdiyi görüşdə bildirib ki, aprel ayı etibarilə Kosovoya əlavə 150 əsgər göndərmək istəyirlər.

Qeyd edək ki, hazırda Almaniyanın Kosovoda 90 əsgəri var. Kosovadakı NATO qüvvələrinə isə Türkiyə komandanlıq edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}