Qazaxıstanın yeni baş naziri bəlli olub - (Yenilənib)
Tarix: 06-02-2024 13:06 | Bölmə: Dünya
Qazaxıstanın yeni baş naziri bəlli olub - (Yenilənib)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin baş naziri postuna Oljas Bektenovun namizədliyini irəli sürüb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, o, hazırda Prezident Administrasiyasına rəhbərlik edir.

1980-ci ildə Almatıda anadan olan O. Bektenov Qazaxıstan Dövlət Hüquq Akademiyasını bitirib. Müxtəlif illərdə Prezident Administrasiyasında fərqli vəzifələrdə çalışıb.

Xatırladaq ki, Qazaxıstanın baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.

Kasım-Jomart Tokayev fevralın 5-də hökuməti istefaya göndərib.

***

Qazaxıstanın yeni hökumətinə prezident administrasiyasının keçmiş rəhbəri Oljas Bektenov başçılıq edəcək.

Bu barədə Akorda məlumat yayıb.

Bu gün hakim Amanat partiyası onun namizədliyini prezident Kasım-Jomart Tokayevə təqdim edib.

Dövlət başçısı Bektenovun namizədliyini parlamentin digər partiya fraksiyaları ilə müzakirə edib.

Plenar iclasdan sonra Prezident bununla bağlı sərəncam imzalayıb.

Bektenovun namizədliyinin lehinə 69 deputat səs verib, 7 deputat bitərəf qalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}