Almaniya kansleri ABŞ-a gedir
Tarix: 07-02-2024 11:05 | Bölmə: Dünya
Almaniya kansleri ABŞ-a gedir

Almaniya kansleri Olaf Şolts fevralın 8-9-da ABŞ-a səfər edəcək. Alman lider prezident Co Bayden və qanunvericilərlə görüşməyi planlaşdırır.

Reyting.az
-ın xəbərinə görə, Almaniya hökumət rəsmiləri jurnalistlərə bildiriblər ki, Şolts səfər zamanı Avropanın Ukraynaya kömək etmək səylərindən də danışacaq.

“Kiyevə dayanmış dəstəyi gücləndirmək cəhdi”,- əsas müzakirə mövzusu ola bilər.

Onların sözlərinə görə, Almaniya artıq Ukraynaya 30 milyard dollara yaxın hərbi yardım edib. Kansler cümə axşamı ABŞ qanunvericiləri ilə nahar, cümə günü ABŞ şirkətlərinin rəhbərləri ilə səhər yeməyi, daha sonra isə ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırır. Onlar ilk növbədə Ukrayna, NATO və İsrail ilə Qəzza zolağı arasındakı müharibəni müzakirə edəcəklər.

“Kanslerə görə bütün dövlətlərin Ukraynanı dəstəkləmək üçün üzərinə düşəni etmələri vacibdir. Ona görə də bu baxımdan sıx transatlantik koordinasiya vacibdir”, - rəsmilərdən biri deyib.

Şolts həmçinin Amerika lideri ilə Şimali Atlantika Alyansının gələcəyini müzakirə etmək istəyir. Lakin o, səfəri zamanı Trampla görüşmək niyyətində deyil.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}