İranın dəstəklədiyi komandir öldürülüb
Tarix: 08-02-2024 10:14 | Bölmə: Dünya
İranın dəstəklədiyi komandir öldürülüb

Dünən axşam saatlarında İraqın paytaxtı Bağdadın Məştəl rayonunda bir avtomobil PUA vasitəsi ilə vurulub.

Reyting.az
xəbər verir ki, İraq təhlükəsizlik mənbələri hücumda ən azı 3 nəfərin öldüyünü açıqlayıb.

Hədəfə alınan avtomobildə İranın dəstəklədiyi şiə “Həşdi Şabi” qüvvələrinin komandiri Es-Saadinin də olduğu və onun da həyatını itirdiyi bildirilir. Amma hələlik rəsmi açıqlama yoxdur.

Avtomobilin kim tərəfindən hədəfə alındığı bilinməsə də, iddia olunur ki, bu, ABŞ-ın işidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}