Türkiyənin 33 şəhərində İŞİD üzvlərinə qarşı əməliyyat: 147 nəfər qandallanıb
Tarix: 08-02-2024 10:18 | Bölmə: Dünya
Türkiyənin 33 şəhərində İŞİD üzvlərinə qarşı əməliyyat: 147 nəfər qandallanıb

Türkiyənin 33 şəhərində İŞİD Terror Təşkilatının üzvlərinə qarşı eyni vaxtda əməliyyat keçirilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, Adana, Adıyaman, Afyonkarahisar, Ankara, Antalya, Bingöl, Bitlis, Bolu, Bursa, Çorum, Diyarbakır, Düzce, Əskişəhər, İstanbul, Gaziantep, İzmir, Karabük, Kayseri, Kırıkkale, Elazığ, Kırşehir, Kilis, Kocaeli, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Muğla, Sakarya, Samsun, Şanlıurfa və Yalovada "Qəhrəmanlar-49" kod adlı əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatınin üzvü olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb.

Nazir xalqı əmin edib ki, kim olursa olsun, türk polis heç bir cinayətkara aman verməyəcək.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}