Belqoroda yaxınlaşan 12 hava hədəfi vurulub
Tarix: 08-02-2024 20:09 | Bölmə: Dünya
Belqoroda yaxınlaşan 12 hava hədəfi vurulub

Hava hücumundan müdafiə sistemləri Belqoroda yaxınlaşan 12 hədəfi vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadla Rusiya sərhəd bölgəsinin rəhbəri Vyaçeslav Qladkov məlumat verib.

Reyting.az
-ın xəbərinə görə, V. Qladkov Telegram-da qeyd edib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi Belqorod və Belqorod vilayəti üzərində işləyib: “Müdafiə Nazirliyinin məlumatına görə, şəhərə yaxınlaşarkən 12 hava hədəfi vurulub. İlkin məlumatlara görə, itki yoxdur”.

V. Qladkov əlavə edib ki, Belqorod vilayətində Ukraynadan hücum nəticəsində 9 fərdi evə, üç avtomobilə və tikilməkdə olan uşaq bağçasının damına ziyan dəyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}