Pentaqon Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək
Tarix: 09-02-2024 09:48 | Bölmə: Dünya
Pentaqon Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

ABŞ Ukraynaya hava hücumundan müdafiə üçün silah tədarükünü davam etdirəcək.

Reyting.az
xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində hava hücumundan müdafiə vasitələrinin tədarükü də daxil olmaqla, artıq müqavilə bağlanmış bir sıra imkanlar mövcuddur: “USAI ilə müqavilə bağlanmış müəyyən qabiliyyətlər var, o cümlədən bəzi hava hücumundan müdafiə imkanları. Biz, həmçinin Ukraynanın ehtiyaclarını müəyyən etmək baxımından müttəfiqlər və tərəfdaşlarla çox sıx işləməyə davam edəcəyik”.

Pentaqon rəsmisi Amerikanın hava hücumundan müdafiə raketlərinin hazırda Ukraynaya tədarükünün davam edib-etməməsi ilə bağlı suala cavabında deyib ki, söhbət amerikalıların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində elan etdikləri “bu və digər yardım variantlarından” gedir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım üçün 95 milyardlıq sazişin nəzərdən keçirilməsinə səs verib. İndi Senat qanun layihəsinə yenidən səs verməlidir. Onun təsdiqi üçün minimum 60 səs lazımdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}