Etiraz aksiyasında 20 fermer saxlanılıb
Tarix: 09-02-2024 15:47 | Bölmə: Dünya
Etiraz aksiyasında 20 fermer saxlanılıb

İspaniyanın müxtəlif bölgələrində fermerlərin etiraz aksiyaları başlayandan bəri ən azı 20 nəfər saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “La Vanguardia” qəzeti yazıb.

Xatırladaq ki, fevralın 6-da krallıqda nümayişlər başlayıb.

Məlumata görə, fevralın 8-də etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar geniş vüsət alıb. Ölkənin müxtəlif yerlərində etirazlar hələ də davam edir. Çox vaxt traktorda olan fermerlər magistral yollarda nəqliyyatın qarşısını kəsir. Bundan əlavə, indi fermerləri birləşdirən təşkilatlardan biri Madridə "girişi əngəlləməyə" çağırır.

Fermerlər həm sektorun düşdüyü çətin vəziyyətə diqqət çəkməyə çalışır, həm də Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar.

Qeyd edək ki, son zamanlar Avropa İttifaqının müxtəlif ölkələrində fermerlərin etiraz aksiyaları keçirilir. Xüsusilə, Belçika, Almaniya, İtaliya və digər ərazilərdə nümayişlər təşkil olunur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}