Şolts ABŞ-da Ukraynaya dəstək məsələsini müzakirə edib - Fotolar
Tarix: 09-02-2024 16:17 | Bölmə: Dünya
Şolts ABŞ-da Ukraynaya dəstək məsələsini müzakirə edib

Almaniya kansleri Olaf Şolts ABŞ-a səfəri çərçivəsində senatorlarla görüşüb.

Reyting.az
xəbər verir ki, O. Şolts bununla bağlı “Twitter”-də (X) məlumat paylaşıb.

Almaniya hökuməti başçısının sözlərinə görə, Ukraynanın özünü Rusiyanın təcavüzündən qorumaq üçün hər cür dəstəyə ehtiyacı var.

"ABŞ Senatındakı hər iki partiyanın üzvləri ilə yenidən ünsiyyət qurmaq çox xoş idi", - O. Şolts qeyd edib.

Xatırladaq ki, O. Şolts cümə axşamı Vaşinqtona gedib və cümə günü prezident Co Baydenlə danışıqlar aparacaq.





ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}