Şimali Koreya nüvə sınağı keçirə bilər
Tarix: 10-02-2024 10:58 | Bölmə: Dünya
Şimali Koreya nüvə sınağı keçirə bilər

Şimali Koreya (KXDR) nüvə sınağı keçirə bilər. Əgər bu sınaq reallaşarsa, məsuliyyət ABŞ və onun müttəfiqlərinin üzərinə düşəcək.

Reyting.az
“RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiya səfiri Aleksandr Matseqora bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun təxribatları davam edərsə və getdikcə daha təhlükəli olarsa, KXDR öz dövlətinin müdafiə qabiliyyətini gücləndirmək üçün nüvə sınağı keçirməyə qərar verəcək. “Əlbəttə, bu arzuolunmaz ssenaridir. Lakin bu baş verərsə, məsuliyyət tamamilə amerikalıların və onların müttəfiqlərinin üzərinə düşəcək”, - deyə Matseqora yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreyanın Cənubi Koreya, ABŞ və Yaponiyanın təlimlərinə etiraz olaraq sualtı nüvə silahı sistemini sınaqdan keçirməsi barədə məlumat yayılmışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}