Misirdən İsrailə xəbərdarlıq: "Bunun dəhşətli nəticələri olacaq"
Tarix: 12-02-2024 00:02 | Bölmə: Dünya
Misirdən İsrailə xəbərdarlıq: "Bunun dəhşətli nəticələri olacaq"

Misir sərhəddə yerləşən Rəfah qəsəbəsinə hücuma hazırlaşan İsrailə xəbərdarlıq edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi İsrail hökumətinin yüksək rütbəli rəsmilərinin Qəzzanın cənubunda - Misirlə sərhəddə yerləşən Rəfah qəsəbəsinə hərbi əməliyyatla bağlı açıqlamalarına münasibətdə bildirib.

Rəsmi Qahirənin bəyanatına əsasən, İsrailə bu bölgəyə mümkün quru hücumu çox ağır nəticələrə səbəb olacaq: "Bura Qəzzada son və nisbətən təhlükəsiz nöqtədir, buraya 1,4 milyondan çox insan sığınıb. Onların məhvinin qarşısını almaq üçün bütün regional və beynəlxalq səylər birləşdirilməlidir. Rəfahın hədəfə alınması, humanitar yardımların qarşısının alınması və Fələstin xalqının didərgin salınması beynəlxalq insan haqlarının və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır. Misir atəşkəsə nail olmaq və tərəflər arasında əsir mübadiləsinin davamı üçün əlindən gələni edir və edəcək. Bunun üçün beynəlxalq ictimaiyyətdən İsrailə təzyiqi artırmağı tələb ediirk".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}