20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Müharibə təhlükəsi: Polşa hərbçilərin sayını artıracaq
Tarix: 13-02-2024 14:43 | Bölmə: Dünya
Müharibə təhlükəsi: Polşa hərbçilərin sayını artıracaq

2024-cü ilin sonuna kimi Polşa silahlı qüvvələrinin sayı 220 min nəfərə çatdırılacaq.

Reyting.az
bildirir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Polstat telekanalının efirində bildirib.

“Hesab edirəm ki, bizim [ordumuzu] fəal ehtiyat formasında artırmaq üçün çox böyük imkanlarımız var”, - nazir qeyd edib. O, ordunun sayının ildən-ilə artacağını vurğulayıb.

Kosinyak-Kamış mühafizəkar Hüquq və Ədalət partiyasının əvvəlki hökumətini silahlı qüvvələrin inkişafı məsələsində hərəkətsizliyə görə tənqid edib.

Onu da qeyd edək ki, müxtəlif beynəlxalq KİV-lərdə hərbi ekspert və siyasətçilərə istinadla verilən proqnozlara görə, yaxın illər ərzində Rusiya Polşaya da hücuma keçəcək. Bu isə Polşada ciddi narahatlığa səbəb olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər