Ukraynanın ehtiyat anbarlarına zərbələr endirilib
Tarix: 13-02-2024 17:30 | Bölmə: Dünya
Ukraynanın ehtiyat anbarlarına zərbələr endirilib

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin ehtiyat anbarlarına və təlim poliqonlarına zərbələr endirir.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, istefada olan general-polkovnik Viktor Zavarzin bildirib.

Onun sözlərinə görə, arxa cəbhəyə hücumlar güclənib, iri müəssisələr, istehsalat obyektləri kosmosdan və digər nöqtələrdən izlənilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələri Donetsk istiqamətində Selidovo poliqonuna güclü raket zərbəsi endirib. İddia olunur ki, zərbə zamanı obyektdə 1,5 minə qədər Ukrayna əsgəri ola bilərdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}