Husilərin hədəflərinə yenidən zərbələr endirilib
Tarix: 13-02-2024 18:59 | Bölmə: Dünya
Husilərin hədəflərinə yenidən zərbələr endirilib

Yəmənin qərbində üsyançı “Ənsar Allah” hərəkatının (husilərin) nəzarətində olan Əl-Hodeyda əyalətinin ərazisi ABŞ və Böyük Britaniya tərəfindən vurulub.

Reyting.az
xəbər verir ki, bu barədə “Əl Mayaden” telekanalı məlumat yayıb.

Bildirilir ki, husilərin hədəfləri atəşə tutulub. Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra “Ənsar Allah” İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstindəki əməliyyata qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib.

Xatırladaq ki, ötən il noyabr ayının ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}