20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya Qara Dəniz Donanmasını necə xilas edə bilər?
Tarix: 14-02-2024 10:36 | Bölmə: Dünya
Rusiya Qara Dəniz Donanmasını necə xilas edə bilər?

Rusiya Qara Dəniz Donanmasının gəmilərini yalnız iki yolla qoruya bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk danışıb.

“Birincisi, gəmiləri Azov-Qara dəniz regionunun sularından çıxarmasıdır.

İkincisi, gəmiləri batırmaqdır”, - spiker qeyd edib.

Zabit vurğulayıb ki, düşmən gəmiləri Qara dənizin şərq hissəsində “tıxanıb” və vaxtaşırı lövbərlərini dəyişirlər - Novorossiysk, Tuapse, Soçi, həmçinin hələ də işğal altında olan Krımın sahillərində görünür.

D. Pletençuk deyib ki, Rusiyanın Qara Dəniz Donanmasının gəmiləri Krıma hücumlara görə Novorossiyskə gediblər:

“Yarımadanın sahillərinə yaxın ərazi düşmən gəmiləri üçün təhlükəli hala gəlib. Onlar oradan gediblər”.

Xatırladaq ki, müharibə başlayandan bu yana Rusiya ciddi dəniz itkiləri verib. 13 fevral 2024-cü ildə Rusiya Federasiyasının ümumi itkiləri belədir: 24 gəmi/qayıq və bir sualtı qayıq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər