20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa hələ 10 il ABŞ-ın hərbi dəstəyinə möhtac qalacaq
Tarix: 15-02-2024 00:02 | Bölmə: Dünya
Avropa hələ 10 il ABŞ-ın hərbi dəstəyinə möhtac qalacaq

Avropa İttifaqı ölkələri ən azı 10 il ABŞ-ın köməyi olmadan öz müdafiə qabiliyyətini təmin edə bilməyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan avropalı diplomata istinadla məlumat yayıb.

Nəşr yazır ki, indi Avropa ölkələri hücuma məruz qalsaydı, onlar hələ də bir neçə cəbhədə ABŞ-dan asılı olacaqdılar. Məsələ ilə tanış olan Avropa rəsmilərinin sözlərinə görə, bunlara hava və raket hücumundan müdafiə, uzaq mənzilli raketlər və müharibə ilə mübarizə üçün lazım olan qabaqcıl kompüter sistemləri daxildir.

Avropalı diplomatın fikrincə, ən pis ssenari bir sıra ardıcıl hadisələr nəticəsində yarana bilər. Məsələn, Aİ ölkələrinin müdafiəyə investisiyaları artırmaması, Vaşinqtonun Ukraynaya yardımını dayandırması, ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbə çalması.

“Bloomberg” qeyd edir ki, öz növbəsində, Rusiyanın Ukraynada qələbəsi və ABŞ-ın NATO-da iştirakının azaldılması halında, Aİ ölkələri alyansın şərq cinahında hərbi mövcudluğunu üç dəfə artırmalı olacaqlar.

Avropa liderlərinin ciddi hərbi potensial yaratmaq üçün ABŞ-ın dəstəyinə ehtiyacı olmadığı göstərilir. Bununla belə, avadanlıqların tədarük zəncirindəki problemlər və satınalma ilə bağlı Aİ ölkələri arasında yaranan fikir ayrılıqları onların bu məqsədə çatmasına mane olur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər