Ərdoğandan Kürdüstan rəhbərliyinə xəbərdarlıq: "Orada yeni-yeni təşkilatlanmalar görürük"
Tarix: 15-02-2024 14:50 | Bölmə: Dünya
Ərdoğandan Kürdüstan rəhbərliyinə xəbərdarlıq: "Orada yeni-yeni təşkilatlanmalar görürük"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında yerləşən Kürdüstan Regionunun rəhbərliyinə PKK terror qruplaşması və onun qollarına dəstəklə bağlı xəbərdarlıq edib.

“TRT Haber" xəbər verir ki, dövlət başçısı həmin ərazidə terror qruplaşmalarının yeni təşkilatlanma hallarının müşahidə edildiyini bildirib.

Misirdən rəsmi səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan söyləyib ki, İraqın şimalındakı yerli hakimiyyətə əvvəllər də dəfələrlə xəbərdarlıq ediblər:

“Orada yeni-yeni təşkilatlanmalar görürük. Süleymaniye, dəfələrlə xəbərdarlığımıza baxmayaraq PKK/YPG/PYD terror təşkilatlarına qol-qanad verməyə davam edir. Biz bu məsələni də gündəmə gətirdik. Kimsə bizdən fərqli mövqe gözləməsin, lazımi reaksiyanı verəcəyik. Əlimizdən gələn addımları atırıq, atacağıq. Məsələ təhlükəsizliyimizdirsə, nə lazımdırsa, onu da edəcəyik. Məqsəd bizə qarşı düşmənlikdirsə, buna qarşı da verəcək cavabımız var”(Report).




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}