20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Küveyt əmiri təhqir səbəbindən parlamenti buraxıb
Tarix: 16-02-2024 09:44 | Bölmə: Dünya
Küveyt əmiri təhqir səbəbindən parlamenti buraxıb

Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah parlamenti buraxıb. Buna səbəb kimi ölkə parlamentinin konstitusiyanı pozması göstərilir.

Reyting.az
xəbər verir ki, fərmanda parlament konstitusiyanı pozmaqda, o cümlədən “təhqiredici və nalayiq” ifadələrdən istifadə etməkdə ittiham olunub.

Sözügedən fərman nazirlərin deputat Əbdül Kərim əl-Kəndarinin çıxışını əmirə təhqir kimi şərh etdikdən sonra parlamentin dünənki iclasını boykot etməsindən sonra verilib.

1962-ci ildən qüvvədə olan parlament sisteminə baxmayaraq, Küveyt əs-Sabah ailəsi tərəfindən yaradılan kabinetlər və seçilmiş deputatlar arasında daimi fikir ayrılıqları yaşayır. Anlaşmazlıqlar qanunvericilərə iqtisadiyyatı şaxələndirəcək, təkrarlanan büdcə kəsirlərinə və xarici investisiyaların azalmasına səbəb olacaq islahatların aparılmasına mane olur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər