Rusiya çoxsaylı ölkələrdən muzdlu döyüşçülər toplayır
Tarix: 16-02-2024 10:52 | Bölmə: Dünya
Rusiya çoxsaylı ölkələrdən muzdlu döyüşçülər toplayır

Rusiya Federasiyası Suriya, Nepal, Əfqanıstan, Hindistan, Konqo, Misir və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarını öz qoşunlarına cəlb edir.

Reyting.az
xəbər verir ki, Ukrayna Milli Müqavimət Mərkəzinin məlumatına görə, Rusiya ərazisində əcnəbi muzdluların təlimi davam edir, onlar sonradan Ukrayna ərazisinə göndərilirlər.

Asiya və Afrika ölkələrinin on minlərlə vətəndaşı Rusiya ordusunun tərəfində Ukraynaya qarşı vuruşur. Qeyd olunur ki, Rusiya Federasiyası bu şəxslərə 2000-4000 dollar maaş vəd edir, amma əslində onlar bir neçə yüz dollar təminat alırlar.

“Rusiya xüsusi xidmət orqanları Suriya, Nepal, Əfqanıstan, Hindistan, Konqo, Misir və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarını fəal şəkildə cəlb edir. Əsasən, ruslar Ukraynanın mövqelərini ələ keçirmək üçün onlardan istifadə edirlər”,- məlumatda deyilir.

Xatırladaq ki, dekabr ayında Nepal Rusiya Federasiyasını öz vətəndaşlarını döyüşə cəlb etməyi dayandırmağa və artıq ölənlərin cəsədlərini qaytarmağa çağırıb. Daha sonra serbləri işə götürən muzdlu Dejan Beric Rusiya ordusunda onlara qarşı pis rəftardan şikayət edib. Ötən həftə isə Afrikanın Sierra Leone əyalətinin vətəndaşı Ukrayna Müdafiə Qüvvələri tərəfindən əsir götürülüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}