Blinken İsrail-HƏMAS razılaşmasını mümkün sayır
Tarix: 16-02-2024 11:13 | Bölmə: Dünya
Blinken İsrail-HƏMAS razılaşmasını mümkün sayır

ABŞ dövlət katibi Antoni Blinken əmindir ki, İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında Qəzza zolağında döyüşlərdə yeni fasilə və girovların azad edilməsini nəzərdə tutan yeni sazişin imzalanması mümkündür.

Reyting.az
xəbər verir ki, dövlət katibi Blinken Yaxın Şərqdə vəziyyət kəskinləşdikdən sonra bölgəyə ən çox səfər edən ABŞ rəsmisidir.

“Biz Qətərdən, Misirdən, İsraildən olan həmkarlarımızla birlikdə çox gərgin iş üzərində işləyirik, razılıq əldə etməyə çalışırıq. Mən inanıram ki, bu, mümkündür”, - Amerika diplomatiyasının rəhbəri səfərdə olduğu Albaniyanın paytaxtı Tiranada bəyan edib.

Xatırladaq ki, yanvarın sonunda ABŞ, Misir, İsrail və Qətər nümayəndələri Parisdə görüşüb, HƏMAS və İsrail arasında radikallar tərəfindən saxlanılan girovların mərhələli şəkildə fələstinli məhbuslarla mübadiləsini nəzərdə tutan yeni sazişin əsasını formalaşdırıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}